Bakıda ərzaq mağazasında xoşagəlməz görüntü - VİDEO
    • 28-01-2019, 11:35
    • 947

Bakıda ərzaq mağazasında xoşagəlməz görüntü - VİDEO

Bakıda mağazaların birində çörəyin üstünə çıxmış pişiyin görüntüləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Kadrlar sosial şəbəkədə yayılıb.

Görüntülərdən məlum olur ki, pişik qutularda yığılan çörəyin üstünə çıxıb, onları yeyir. 

Videonu paylaşan Nigar adlı istifadəçi bildirib ki, mağaza hələ açıq olmadığına görə çörək paylayan şəxs yeşikləri obyektin qarşısına qoyub gedib.

Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, adıçəkilən videonun nə vaxt və harada çəkildiyi barədə heç bir məlumat yoxdur:

“Lakin video agentlik tərəfindən mediadan götürülərək araşdırılması üçün müvafiq şöbələrə yönləndirilib. Artıq bununla bağlı araşdırmalara başlanılıb. Araşdırmaların nəticələrinə uyğun olaraq qanunvericiliyin tələbləri çərçivəsində tədbirlər görüləcək. Nəticələr barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.

Agentlik vətəndaşlardan xahiş edir ki, belə hallarla qarşılaşdıqda videonun çəkildiyi tarix, məkan və müəssisənin adını qeyd etməklə 1003 qaynar xəttinə zəng edib məlumat versinlər”.