Xaçaturyandan separatçı rejimə:
    • 28-11-2023, 14:55
    • 212

Xaçaturyandan separatçı rejimə: "Ermənistan Qarabağı tanıyıb"

Ermənistan Prezidenti Vaaqn Xaçaturyan separatçıların fəaliyyətlərini ölkəsində davam etdirmək istəklərinə qarşı olduğunu bildirib.

News24.az xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında bildirib.

“Bu qurumlar nə üçün nə fəaliyyət göstərəcək?”, - deyə Xaçaturyan onların fəaliyyətinə ehtiyacın olmadığını vurğulayıb.

“Ermənistan Respublikası var, onun institutları fəaliyyət göstərir. Ermənistan Qarabağ ermənilərinin hüquqlarını qoruyur”.

Prezident əlavə edib ki, Ermənistan 1991-ci ildə Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb.

Ayşən