Rusiya sərhədində mədən çökdü - 11 nəfər ÖLDÜ
    • 28-11-2023, 17:25
    • 104

Rusiya sərhədində mədən çökdü - 11 nəfər ÖLDÜ

Çinin Rusiya ilə həmsərhəd olan Heilongjiang əyalətində kömür şaxtalarından birində qəza baş verib.

News24.az Çinin mərkəzi televiziyasına istinadən xəbər verir ki, baş vermiş qəza nəticəsində azı 11 nəfər həlak olub.

İlkin məlumata görə, işçilərin ölümünə daşların çökməsi səbəb olub.

Hadisənin dəqiq səbəbləri və təfərrüatları hələlik məlum deyil, araşdırma aparılır.

Qumral