Erməni idmançının amansızlığı Rusiyanı DƏHŞƏTƏ SALDI
    • 28-11-2023, 19:49
    • 383

Erməni idmançının amansızlığı Rusiyanı DƏHŞƏTƏ SALDI

Keçmiş MMA döyüşçüsü Karen Toroyan və daha iki nəfər Novorossiyskdə qadını öldürməkdə şübhəli bilinir.

News24.az Ednews-a istinadla xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Bildirilir ki, 3 nəfər 38 yaşlı qadını qaçırıb, daha sonra onu meşəyə apararaq öldürüblər. Müstəntiqlərin fikrincə, kişilərdən biri qurbana 9 bıçaq zərbəsi vurub. O, noyabrın 26-da saxlanılıb və narkotik vasitədən istifadə etdiyi aşkarlanıb və polis bölməsində həddindən artıq dozadan ölüb.

Erməni əsilli Toroyan hədə-qorxu ilə tələbetmə, silah oğurluğu, narkotik ticarəti və oğurluğa görə cinayət keçmişinə malikdir.