Finlandiya Rusiya ilə bütün sərhədlərini BAĞLAYIR
    • 28-11-2023, 18:47
    • 141

Finlandiya Rusiya ilə bütün sərhədlərini BAĞLAYIR

Finlandiya Rusiya ilə sərhəddəki bütün sərhəd keçidlərini ölkədən sığınacaq istəyən insanlar üçün iki həftə müddətinə bağlamaq qərarına gəlib.

News24.az xəbər verir ki, sərhəd yük daşımaları üçün açıq olacaq. 

Beləliklə, ölkənin şimalında hazırda fəaliyyət göstərən yeganə “Raya-Jooseppi” buraxılış məntəqəsi də bağlanacaq.

Xatırladaq ki, Finlandiya Daxili İşlər Nazirliyinin rəhbəri Mari Rantanen bildirmişdi ki, Rusiya ilə sərhəddə yeni məhdudiyyətlər tətbiq oluna bilər.

Qumral