“Cəzanızı alacaqsınız”  – Müğənni Nura Suri OD PÜSKÜRDÜ - VİDEO
    • 5-04-2019, 17:29
    • 3 170

“Cəzanızı alacaqsınız” – Müğənni Nura Suri OD PÜSKÜRDÜ - VİDEO

“Bundan sonra heç kimə güzəşt olmayacaq. Hər yerindən duran müğənniyə söz atır“.

News24.az-ın məlumatına görə, bu barədə müğənni Nura Suri ARB kanalında yayımlanan “Səhər-səhər” proqramında deyib: “Şəxsən mən öz haqqımda artıq-əskik yazılanları oxumuram.

Amma ailə üzvlərim, yaxınlarım mənə xəbər verəndə ki, səninlə bağlı yazıblar, mən polisə müraciət edirəm, həmin adamlar tapılır, cəzasını da alır. Saytlar da bu haqda yazır. Amma bundan sonra daha sərt addımlar atacağam.

Bundan sonra belə olmayacaq, məsələ bağlanmayacaq. Bütün saytlar şəkillərinizi paylaşacaq. Necə ki, siz bizə qarşı belə hərəkətlər edirsiniz, cavabı da eyni olacaq”.