Nura Suri: "Ərə getməkdən xoşum gəlir" - VİDEO
    • 29-10-2018, 17:10
    • 1 574

Nura Suri: "Ərə getməkdən xoşum gəlir" - VİDEO

Müğənni Nura Suri şəxsi həyatı ilə bağlı açıqlamalar edib.

News24.az xəbər verir ki, ifaçı evlilik təklifləri haqda danışıb:

“Yalandan deyim ki, dərdimdən ölürlər, yox! Bilmirəm nə olub. Mənə göz dəyib. Elçi gələn yoxdur. Amma gələn olsa baxaram... Ərə getməkdən xoşum gəlir (gülür)”.

N.Suri sənətin onun üçün ön planda olmadığını da deyib:

“Bilirsiniz ki, yoldaşımla aramızda olan məhkəmə uzun müddət çəkib. İki il bundan öncə ancaq barışıq sazişi imzaladiq və o mənə uşaqların maddi tərərfdən yardım etməyə başladı. Ondan sonra sənətə pul ayıra bildim. Məni qınaya bilərsiniz, çünki sənəti birinci növbədə tutmuram. Mənim üçün ən vacibi övladlarımın uğuru, onların savadı və təhsili olub. Ondan sonra isə mən özüm və sənətim”.

Teymur Məmmədov
VİDEO: Nurlan Gülməmmədov