-
- 5-04-2019, 18:09
- 822
ÜGT Maliyyə Komitəsinin növbəti sessiyası keçirilib
Aprelin 1-4 tarixlərində Brüssel şəhərində, Ümümdünya Gömrük Təşkilatının Baş Qərargahında bu qurumun Maliyyə Komitəsinin 102-ci sessiyası keçirilib.
DGK-nin Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, Maliyyə Komitəsinin növbəti sessiyasına 18 ölkənin nümayəndələri qatılıb.
Tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov və Komitənin Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsi rəisinin birinci müavini Xəqani Məmmədov iştirak ediblər.
Sessiyada 2016-2017-ci və 2017-2018-ci hesabat illərinə aid maliyyə hesabatları və audit rəyi, 2018-2019-cu hesabat ilinə aid ilkin hesabatlar və 2019-2020-ci maliyyə ilinə aid büdcə layihəsinin icrasına dair sənədlər müzakirə olunub.
Dövlət Gömrük Komitəsinin nümayəndələri müzakirələrdə fəal iştirak edib və aidiyyəti üzrə müvafiq rəylər veriblər.
Sessiyanın yekununda Ümumdünya Gömrük Təşkilatının Maliyyə Komitəsi müzakirə olunan məsələlərə dair hesabat hazırlayıb.
Xatırladaq ki, hesabat ÜGT Gömrük Əməkdaşlıq Şurasına təqdim ediləcək.