Bu həftə ardıcıl 7 gün iş olacaq
    • Bu gün, 09:30
    • 371

Bu həftə ardıcıl 7 gün iş olacaq

Baş nazir Əli Əsədovun imzaladığı Qərara əsasən, Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilib.

News24.az xəbər verir ki, istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü il 30 dekabr və 2025-ci il 3 yanvar iş günləri ilə müvafiq olaraq 2024-cü il 28 və 29 dekabr istirahət günlərinin yerləri dəyişdirilib.

Belə ki, 28 və 29 dekabr tarixləri iş günü olduğundan, bu həftə ardıcıl 7 gün iş olacaq. 30-31 dekabr, 1-5 yanvar tarixləri isə qeyri-iş günü olacaq.

Qeyd edək ki, Yeni ilin ilk iş günü yanvarın 6-sına təsadüf edəcək.