-
- 5-04-2019, 18:14
- 676
Əbülfəs Qarayev Hindistan və ABŞ-ın Azərbaycandakı yeni səfirləri ilə görüşüb - FOTO
Mədəniyyət naziri Əbülfəs Qarayev Hindistan və Amerika Birləşmiş Ştatlarının ölkəmizə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfirlərini qəbul edib.
News24.az xəbər verir ki, görüş zamanı nazir Əbülfəs Qarayev yeni təyin olunan Hindistanlı səfir Bavitlunq Vanlalvavna fəaliyyətində uğurlar arzulayıb. Nazir qeyd edib ki, iki ölkənin mədəniyyət müəssisələri arasında fəal əməkdaşlıq mövcuddur: “Son illərdə Hindistanda Azərbaycana maraq artmış, Hindistan filmlərinin Azərbaycanda çəkilməsi ilə əlaqədar çoxsaylı layihələr həyata keçirilib.
2018-ci ilin oktyabrın 11-də Dehli şəhərində “Azərbaycan Respublikası Hökuməti ilə Hindistan Respublikası Hökuməti arasında 2019-2023-ci illər üzrə Mədəni Mübadilə Proqramı” imzalanıb. Hazırda adıçəkilən proqram əsasında fəaliyyət planının hazırlanır”. Səfir Bavitlunq Vanlalvavna dəvətə görə nazir Əbülfəs Qarayevə minnətdarlığını bildirib. Səfir həmçinin əməkdaşlığın yüksək səviyyəsindən məmnunluğunu ifadə edərək birgə layihələrin həyata keçirilməsini dəstəklədiyini vurğulayıb.
Nazir Əbülfəz Qarayev Örl Litzenberger ilə görüş zamanı Azərbaycanla Amerika Birləşmiş Ştatları arasında humanitar sahədə əməkdaşlığın vəziyyətindən məmnunluğunu ifadə edərək bu sahədə geniş imkanların olduğunu bildirib.: “Amerika Guşələri layihəsinə böyük önəm verilir. Anlaşma Memorandumunun müddətinin uzadılmasında heç bir maneə yoxdur. Azərbaycan mədəniyyət xadimlərinin tez-tez ABŞ-da keçirilən konsertlərdə iştirak edir. Eyni zamanda ABŞ-ın mədəniyyət xadimlərinin Bakıda keçirilən Caz festivallarında da çıxış edir”.
Səfir Örl Litzenberger 2017-ci ilin fevral ayında Azərbaycanın Gəncə, Xaçmaz, Salyan və Kürdəmir rayonlarında Amerika Guşələrinin yenidən açılmasına dair iki ölkə arasında Anlaşma Memorandumunun imzalandığını, layihənin regionlarda yaşayan Azərbaycanlı gənclərin ingilis dilini inkişaf etdirməsi, Amerika mədəniyyəti və cəmiyyəti haqqında məlumat alması üçün mükəmməl bir vasitə olduğunu qeyd edib: “Anlaşma Memorandumunun icra müddətinin 2020-ci ilin fevral ayında bitəcəyini xatırladaraq memorandumun yenidən imzalanması faydalı olacaq”. Görüşdə, iki ölkə arasında muzey sahəsində əməkdaşlıq məsələləri də müzakirə olunub.
Daha sonra nazir cari ilin 2-3 may tarixində Bakıda keçiriləcək V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və 30 iyun-10 iyul tarixində keçiriləcək YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası barədə məlumat verərək ABŞ rəsmilərinin hər iki mötəbər tədbirə dəvət olunduğunu bildirərək qarşı tərəfi tədbirdə fəal iştiraka dəvət edib. Görüşün sonunda Səfir Örl Litzenberger dəvət üçün təşəkkürünü bildirib.