"Ukrayna məsələsi ikinci plana keçib" - GÜRCÜ POLİTOLOQ
Dünya
“Qərb öz resurslarını Yaxın Şərqə istiqamətləndirdiyindən Ukrayna məsələsi ikinci plana keçib”.
News24.az xəbər verir ki, bunu RTV-yə açıqlamasında siyasi şərhçi Giorgi Qoqua bildirib.
O deyib ki, yaranmış yeni geosiyasi vəziyyətdə ABŞ tərəfi Asiya-Sakit okean regionundakı maraqlarını da qorumağa məcburdur.
G. Qoqua bir neçə il əvvəl Ukrayna lideri Volodimir Zelenskinin həyatından bəhs edən “Cлуга Народа” filmini də xatırladıb:
“Uzun müddətdir davam edən Rusiya-Ukrayna müharibəsi ilə yanaşı, dünyanın müxtəlif nöqtələrində böhran vəziyyəti yaranıb. Qərb, xüsusilə də Amerika Birləşmiş Ştatları İsrailə dəstək üçün öz resurslarını hazırda Yaxın Şərqə istiqamətləndiriblər. Bundan əlavə, amerikalılar Asiya-Sakit okean regionundakı maraqlarını da müdafiə etməyə çalışır. Yaddan çıxmamalıdır ki, onların bir nömrəli rəqibi Çindir. Rusiya Qərbin sanksiyaları ilə üzləşdiyindən həmin rəqabət də genişlənir. Bu səbəbdən də Rusiya öz enerji resurslarını minimal qiymətə Çinə satır. Prezident Zelenski ilə həsr olunan və komediya janrında çəkilən ekran işini xatırlatmaq istəyirəm. O bizə Simpsonlar haqqında cizgi filmini xatırladır. Oradakı hadisələr də oxşar ssenari üzrə cərəyan edir”.
Fərid Azəri