-
- 30-11-2023, 11:27
- 1 030
Oyundan sonra döyülən Ramil Şeydayev DANIŞDI - FOTO
Azərbaycan millisi və Tailandın "Buriram Yunayted" klubunun üzvü Ramil Şeydayevin Asiya Çempionlar Liqasında "Zeyianq"a qarşı matçdan sonra rəqib futbolçular tərəfindən zorakılığa məruz qaldığı barədə xəbər vermişdik.
News24.az qaynarinfo-ya istinadən xəbər verir ki, oyundan sonra R.Şeydayev Çin klubuna mesaj göndərib. O instaqram hesabında paylaşım edib: "Mən hələ də burdayam, "Zeyianq". Sadəcə ünvanı göndər".
Qeyd edək ki, Çində baş tutan matç rəqibin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Oyundan sonra hər iki klubun futbolçuları arasında kütləvi dava düşüb. Şeydayev də mübahisənin mərkəzində olub və zərbələrə məruz qalıb.