Aktyor üsyan etdi:
    • 30-11-2023, 12:16
    • 769

Aktyor üsyan etdi: "Gecədən səhərədək çılpaq qadınlara baxıb..."

"Gecə səhərəcən çılpaq qadınlara baxıb, onları təhqir etmək, söymək...".

News24.az bildirir ki,  bu fikirləri insanların sosial şəbəkələrdəki davranışları haqda danışan tanınmış aktyor və rejissor Kamran Yunis Yenicag.az-a açıqlamasında deyib.

O, sosial şəbəkələrdə iyrəncliyin, murdarlığın, tərbiyəsizliyin daha çox reytinq gətirdiyini təəssüf hissi ilə bildirib:

"Bu gün insanlar reytinq naminə bütün sosial şəbəkələrdə hər şeyi etməyə hazırdırlar. Sözün bütün mənalarında ağla gələn hər şeyi. Niyə belədir? Çünki sistem düzgün deyil.

Cəmiyyət savadsızlaşdıqca, bayağı şeylərə maraq daha da artır. Hər şey edim, təki reytinq gətirsin. Baxın, "TikTok"a. Əcəba, bizim millətimiz budurmu? Mən belə deməzdim. Amma söyüş, təhqir, əxlaqsızlıq, iyrənclik, murdarlıq baş alıb gedir.

Bilsəm, bizim cəmiyyət budur, intihar edərəm. "TikTok" nədirsə, Azərbaycan gerçəkliyi budur. İnsanların istədiyi budur. Gecə səhərəcən çılpaq qadınlara baxıb, onları təhqir etmək, söymək...

Mənim o qədər faydalı fikirlərimin altında söyüşlər yazıblar ki... Mən bu cəmiyyətə görə özümü, sözümü idarə etməliyəm? Xeyr, mən öz yolumla düz gedirəm. Cəmiyyətin arxasınca getməməliyəm, cəmiyyəti öz arxamca aparmalıyam.

"TikTok"da pul qazanmaq söhbəti var və buna görə 51 faiz insan hər cür iyrəncliyə əl atır. Qalan kəsim isə əksinə, yetərincə dəyərli informasiyalar paylaşır, gözəl söhbətlər edir. Amma azərbaycanlıların çoxunun o platformada etdiklərinin əksəriyyəti mədəni fahişəlikdir".