15 yaşlı məktəbli vəfat etdi
    • 30-11-2023, 15:11
    • 513

15 yaşlı məktəbli vəfat etdi

Ötən gecə Rusiyanın Sverdlovsk vilayətində 15 yaşlı qız dünyasını dəyişib.

News24.az xəbər verir ki, hadisə Solnışko adına uşaq sağlamlıq və təhsil mərkəzində baş verib. 

Belə ki, azyaşlı uşaqlar üçün tədbirin keçirildiyi akt zalında qız qəflətən huşunu itirib. O, xəstəxanada çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. 

Faktla bağlı araşdırma aparılır. 

Nəzrin