Füzulidə ŞOK OLAY: Transformatordan yumurta yığarkən ÖLDÜ
    • 30-11-2023, 16:34
    • 610

Füzulidə ŞOK OLAY: Transformatordan yumurta yığarkən ÖLDÜ

Füzulidə qadını elektrik cərəyanı vurub.

Baş Prokurorluğun mətbuat xidmətindən News24.az-a bildirilib ki, noyabrın 29-da Füzuli rayon sakini 54 yaşlı Zibeydə Mirzəyeva evinin həyətyanı sahəsində yerləşən transformatorun izolyasiya məntəqəsindən toyuq yumurtalarını götürərkən onu elektrik cərəyanı vurub. Nəticədə qadın ölüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.