BMT xəbərdarlıq etdi:
    • 30-11-2023, 16:36
    • 124

BMT xəbərdarlıq etdi: "Bəşəriyyəti gözləyən təhlükə..."

BMT-nin baş katibi Antonio Quterreş 2023-cü ilin tarixin ən isti ili olduğunu və bəşəriyyətin iqlimin çökməsi ilə üzləşdiyini bildirib.

News24.az xəbər verir ki, bu barədə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP28) 28-ci Tərəflər Konfransının iştirakçılarına videomüraciətində bildirib.

“İlin sonuna bir ay qalmış biz artıq 2023-cü ilin bəşər tarixində ən isti il olduğunu elan edə bilərik. Biz real vaxtda iqlimin çöküşünü yaşayırıq, onun nəticələri dağıdıcıdır”,- Quterreş deyib.

Ümumdünya Meteorologiya Təşkilatının cümə axşamı açıqladığı ilkin hesabata görə, oktyabrın sonunda orta qlobal temperatur sənayedən əvvəlki səviyyədən 1,4 dərəcə yuxarı olub.

BMT qeyd edib ki, 2016 və 2020-ci illərdə müəyyən edilmiş əvvəlki rekordlarla fərq artıq o qədər böyükdür ki, noyabr və dekabr ayları üçün məlumatlar ümumi vəziyyəti dəyişməyəcək.

Ayşən