Naxçıvanda 6 nəfər qızılcaya yoluxdu
    • 30-11-2023, 18:15
    • 205

Naxçıvanda 6 nəfər qızılcaya yoluxdu

Naxçıvan Muxtar Respublikasında noyabr ayında 6 nəfər qızılcaya yoluxub.

News24.az xəbər verir ki, bu barədə Muxtar Respublikasının Səhiyyə Nazirliyi məlumat yayıb. 

Məlumatda bildirilir ki, qızılcaya yoluxan 6 sakinin 4-u ambulator, 2-i isə stasionar müalicə olunub. 

Bu xəstəliyə yoluxma halları isə Şahbuz (2 yoluxma), Babək (2 yoluxma), Şərur (1 yoluxma) və Kəngərli (1 yoluxma) rayonlarında qeydə alınıb. Yoluxan şəxslərin 3-ü qadın, 3-ü isə kişidir. 

Bildirilib ki, qızılca xəstəliyi adətən stasionar müalicəyə ehtiyacı olmayan, ev şəraitində izolyasiya olunaraq müalicə edilən xəstəlikdir: 

"Bu xəstələr həkimlər tərəfindən nəzarətə götürülür. Ağır xəstələr isə yoluxucu xəstəliklər şöbələrinə yatırılaraq müalicəyə cəlb olunurlar".