Marsın heyrətamiz mənzərələri - VİDEO
    • 1-12-2023, 09:15
    • 120

Marsın heyrətamiz mənzərələri - VİDEO

ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi (NASA) Marsın yeni görüntülərini yayımlayıb.

News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, fotolar THEMIS (Thermal Emission Imaging System) kamerasından istifadə edilərək, “Odissey” orbitatoru tərəfindən çəkilib.

On fotoşəkil Marsın səthindən təxminən 400 km yüksəklikdən çəkilib. NASA-nın bildirdiyinə görə, bu, Beynəlxalq Kosmik Stansiyanın Yer üzərində uçduğu hündürlüklə eynidir.

Videogörüntünü təqdim edirik: