Qəzza zolağında döyüşlər yenidən başladı
    • 1-12-2023, 10:28
    • 187

Qəzza zolağında döyüşlər yenidən başladı

İsrail ordusu Qəzzada HƏMAS-a qarşı döyüşləri bərpa etdiyini açıqlayıb.

News24.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri açıqlama verib.

Məlumata görə, İsrailin döyüş təyyarələri Qəzzada "Həmas obyektlərinə" hücum edir .

Onlar bildiriblər ki, “HƏMAS" atəşkəsi pozaraq İsrail ərazisi istiqamətində atəş açıb.

Qeyd edək ki, bu açıqlama atəşkəs müddətinin başa çatmasından təxminən 30 dəqiqə sonra verilib.

Nəzrin