"İsrail HƏMAS-ın hücumunu bilirdi, amma..." - Detallar
Dünya
İsrail rəsmilərinə HƏMAS-ın böyük hücum planları barədə xəbərdarlıq edilib.
News24.az xəbər verir ki, bu barədə “New York Times” məlumat yayıb.
Xəbərdarlığa baxmayaraq, rəsmilərin təhlükəni ağlasığmaz hesab etdikləri deyilir.
ABŞ qəzetinin hesabatı İsrail kəşfiyyatının "Yerixo Divarı" kod adlı 40 səhifəlik hücum planının təhlilinə, eləcə də elektron məktublara və müsahibələrə əsaslanır.
HƏMAS-ın faktiki reydi planda qeyd olunan bir çox elementi, o cümlədən Qəzza sərhədindəki hasarın sıradan çıxarılması üçün pilotsuz təyyarələrdən istifadəni və silahlıları İsrail ərazisinə göndərmək üçün paraplanların yerləşdirilməsini əhatə edirdi.
NYT-nin məlumatına görə, HƏMAS döyüşçüləri “Yerixo Divarını” “şokedici dəqiqliklə” izləyiblər.
Bildirilir ki, yaraqlılar hətta hücum planında yer alan Qurani-Kərimdən bir sitatdan da geniş istifadə ediblər və oxuyublar.
NYT-nin verdiyi məlumata görə , israillilər keçən il sənədi əldə etdikdə, hərbi qiymətləndirmə “planın tam olaraq qəbul edilib-edilmədiyini və onun necə təzahür edəcəyini müəyyən etmək hələ mümkün olmadığını” bildirdi.
Digər bir xəbərdarlıq iyul ayında İsrailin siqnallar kəşfiyyat agentliyinin veteran qadın analitikindən olub.
Qəzza bölməsindən məsul olan israilli polkovnik narahatlıqları rədd edərək, HƏMAS planını “tamamilə xəyali” ssenari adlandırıb və “səbirlə gözləməyi” təklif edib.
Ayşən