-
- 1-12-2023, 15:51
- 345
Ekspert iqtisadi çöküşlə bağlı xəbərdarlıq etdi: "dayandırmaq olmayacaq"
"Artıq maliyyə bazarlarının çöküşünü dayandırmaq mümkün deyil".
News24.az xəbər verir ki, bu fikri məşhur rusiyalı iqtisadçı Mixail Xazin deyib.
“ABŞ-da elə bir vəziyyət yaranıb ki, yeni pulların çapı və iqtisadiyyata yeridilməsi artıq iqtisadi artımın artması və işgüzar fəallığın artması şəklində müsbət effekt vermir. Hökumətin ayırdığı pul real sektorda qalmır, onun yalnız bir dövriyyəsini həyata keçirir və artıq likvidliyin daim öz kapitallaşmasını artıran “köpük” şirkətləri şişirtdiyi maliyyə bazarlarına çıxır”.
Onun sözlərinə görə, mövcud vəziyyət maliyyə bazarlarının çöküşü ilə yekunlaşacaq.
“Belə olan halda vətəndaşların əsasən dövlətdən birbaşa maddi yardım şəklində aldığı vəsaitləri birjaya aparıb, artıq dəyərindən artıq olan şirkətlərin səhmlərini almaq üçün istifadə etdiyini nəzərə alsaq, hər kəs ziyana düşəcək”.
Ayşən