DİQQƏT! BU ƏRAZİDƏ HƏRƏKƏT MƏHDUDLAŞDIRILIR
    • 6-04-2019, 13:39
    • 732

DİQQƏT! BU ƏRAZİDƏ HƏRƏKƏT MƏHDUDLAŞDIRILIR

Aparılan təmir işləri ilə əlaqədar olaraq 6 aprel tarixindən 7 aprel tarixinə keçən gecədən etibarən Binəqədi rayonu, Biləcəri qəsəbəsi Yəhyə Hüseynov küçəsinin bir hissəsində hərəkət məhdudlaşdırılacaq. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsindən News24.az-a verilən məlumata görə, hərəkətin məhdudlaşdırılması sözügedən küçənin Xurşudbanu Natavan küçəsi ilə kəsişməyədək (300 N-li orta məktəb) olan hissəsində tətbiq ediləcək və 7 aprel tarixində axşam saatlarınadək qüvvədə olacaq.

Yarana biləcək müvəqqəti narahatlığa görə AAYDA üzr istəyir və sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələrini xahiş edir.