Qurban Qurbanovun oğlu:
    • 1-12-2023, 21:39
    • 354

Qurban Qurbanovun oğlu: "Mən ondan soruşmamışam ki..."

"Yurqorden"in (İsveç) hücumçusu Musa Qurbanlı atası Qurban Qurbanovun adının Azərbaycan millisinin baş məşqçiliyinə namizədlər sırasında hallanması ilə bağlı məsələyə münasibət bildirib.

News24.az Sportinfo.az-a istinadla xəbər verir ki, 21 yaşlı hücumçu "CBC Sport"da yayımlanan "Start" verilişində bununla bağlı sualı cavablandırıb.

O bildirib ki, Q.Qurbanovla şəxsən təkbətək bu barədə söhbətləri olmayıb:

"Mən ondan soruşmamışam ki, milliyə gedirsən, ya yox. Amma hiss etdiyim, fikirləşdiyim odur ki, açığı, mən onun milliyə baş məşqçi gəlməsini real görmürəm. Yenə də bilmirəm, necə olar..."

M.Qurbanlı millinin gələcək baş məşqçisi olaraq kimi görmək istəməsi barədə danışarkən isə deyib:

"Kim məşqçi olmalıdır? Mən bu suala cavab verə biləcək şəxs deyiləm.

Buna futbolçu kimi cavab verə bilərəm ki, səmimi şəkildə mənim üçün kimin məşqçi olmasının fərqi olmayacaq.

Yəni heç nə dəyişməyəcək. Öz işimi necə görürdüm, bundan sonra da elə də davam etdirəcəm".