Qurban Qurbanovun oğlu milli komandaya dəvət aldı
    • 6-11-2020, 18:25
    • 713

Qurban Qurbanovun oğlu milli komandaya dəvət aldı

Sloveniya ilə yoldaşlıq görüşü, UEFA Millətlər Liqasının qrup mərhələsinin Monteneqro və Lüksemburqla oyunları üçün açıqlanan Azərbaycan yığmasının heyətində yeni futbolçular yer alıb.

News24.az xəbər verir ki, "Qarabağ"ın hücumçusu Musa Qurbanlı, "Neftçi"nin müdafiəçisi Mert Çelik və "Sumqayıt"dan Xəyal Nəcəfov ilk dəfə milli komandaya çağırılıblar.

Qeyd edək ki, Musa Qurbanlı "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun oğludur.