İsrail HƏMAS-a qarşı şiddətli müharibəyə hazırlaşır
    • 1-12-2023, 18:42
    • 178

İsrail HƏMAS-a qarşı şiddətli müharibəyə hazırlaşır

"İsrail HƏMAS-a qarşı ən azı bir il davam edə biləcək uzunmüddətli müharibəyə hazırlaşır".

News24.az xəbər verir ki, bu barədə “Financial Times” (FT) nəşri yazır.

Mənbələrə görə, hücumun ən intensiv mərhələsi 2024-cü ilin əvvəlində gözlənilir. İsrail komandanlığının məqsədi HƏMAS-ın Qəzza zolağındakı lideri Yəhya Sinvarı, hərəkatın hərbi lideri Məhəmməd əl-Deyfi və HƏMAS-ın digər yüksək rütbəli üzvü Mərvan İsanı məhv etməkdir.

İsrail yaraqlıların hərbi potensialını məhv etməklə yanaşı, Qəzza tunel sistemini və anklavda HƏMAS-ın “idarəetmə potensialını” da məhv etmək niyyətindədir.

“Bu, çox uzun bir müharibə olacaq. Hazırda biz hədəflərimizin yarısına belə çatmamışıq”, - İsrailin planlarından xəbərdar olan mənbə FT-yə bildirib.

Nəşr qeyd edib ki, əməliyyatın müddəti hərbi əməliyyatların gedişindən, beynəlxalq təzyiqlərdən və İsrailin girovları azad etmək imkanından asılı olacaq. Qəzetin həmsöhbətləri qeyd ediblər ki, İsrailin iştirakı ilə əvvəlki müharibələrdən fərqli olaraq, bu münaqişənin dəqiq son nöqtəsi olmayacaq.

Ayşən