"Qadınlar yaşlandıqca daha seksual olurlar" - Cennifer Lopez
    • 2-12-2023, 11:27
    • 126

"Qadınlar yaşlandıqca daha seksual olurlar" - Cennifer Lopez

İnsanlar anladılar ki, qadınlar yaşlandıqca daha seksual olurlar. Hər şey çox gözəl və cəlbedicidir, təkcə fiziki deyil, həm də daxili... yaşla qazandığınız gözəllik, qazandığınız müdriklik."

News24.az xəbər verir ki, bunu məşhur müğənni-aktrisa Cenifer Lopez “Elle” jurnalına açıqlamasında deyib.

Lopez yaşla gələn gözəlliyi yüksək qiymətləndirir. 

O, Hollivudda standartların dəyişdiyini görməkdən məmnun olduğunu və qadınların neçə yaşından asılı olmayaraq dəyərli olduqlarını hiss etdiyini söyləyib: "Bəzi şeylər çox dəyişdi və mən bunu məqsədəuyğun hesab edirəm. Yaşlandıqca təcrübələriniz zənginləşir və daha çox məsləhət verə bilərsiniz. Mən həmişə elə bir zehniyyətə sahib olmuşam ki, harada doğulduğuma, haradan olduğuma, neçə yaşıma və buna bənzər hər hansı bir şeyə görə məni heç kimin qutuya qoymasına icazə vermirəm. Mənim üçün bu sərhədlər mövcud deyil”.

 Nəzrin