Cennifer Lopez qızı haqda: "Ərə getməsə..."
    • 25-01-2019, 17:00
    • 1 132

Cennifer Lopez qızı haqda: "Ərə getməsə..."

Dünyaca məşhur müğənni Cennifer Lopez "Red" jurnalına şəxsi həyatı ilə bağlı açıqlamalar edib. 

News24.az xəbər verir ki, ifaçı əkiz övladları üçün dəyişdiyini bildirib:

"Övladlarım dünyaya gəldikdən sonra dəyişməli olduğumu anladım və öz üzərimdə çalışmağa başladım. Meditasiya və yoqa ilə məşğul oldum, din öyrəndim. Uşaqlarım üçün ən yaxşı, güclü və gözəl ana olmaq üçün bütün yolları yoxladım". 

O, övladlarını necə tərbiyə etdiyini də açıqlayıb:

"3 dəfə ərə getmişəm və boşanmışam. Bu təcrübəmə görə sanki bir neçə həyat yaşamışam. Həmin kişilərin mənə uyğun olmadığını anlamaq üçün bu yolu keçməli idim. Övladlarımı başqa formada tərbiyə edirəm. Qızıma ağ atlı şəhzadənin nə vaxtsa gəlib onu xilas edəcəyi barədə nağıllar danışmıram. İstəmirəm ki, ərə getməsə həyatı boyu bədbəxt olacağı fikrinə düşsün". 

//News24.az