Filipp mükafatını onu öldürməkdə ittiham olunan Maksimdən aldı - FOTO
    • 6-04-2019, 15:39
    • 1 126

Filipp mükafatını onu öldürməkdə ittiham olunan Maksimdən aldı - FOTO

Moskvada “Jara Music Awards” mükafatlandırma gecəsi baş tutub.

News24.az xəbər verir ki, mükafatlandırma mərasimi “Crocus City Hall”da keçirilib. Gecədə ötən il musiqi sahəsində uğur əldə etmiş məşhurlar mükafatlatlara layiq görülüb.

Sayca ikincisi keçirilən mərasimdə qalibləri tamaşaçılar, prodüserlər və şou-biznes simaları seçib.

Tədbirdə Qriqoriy Leps, Ani Lorak, Filipp Kirkorov, Jah Khalib, Valeriya, Lyubov Uspenskaya, Diana Arbenina, Qlukoza, Sergey Lazarev, HammAli & Navai, Dima Bilan, Rauf və Faik, Emin Ağalarov, Nikolay Baskov, MARUV, Slava, Artik və Asti, Valeriy Meladza, MBAND, Cygo, Cosmo Girls, Mari Krambreri, Aleksand Panayotov çıxış edib.

Qaliblərin siyahısını təqdim edirik:

1. Ən yaxşı kişi müğənni -  Sergey Lazarev
2. Ən yaxşı qadın müğənni - LOBODA
3. Ən yaxşı qrup– Artik & Asti
4. İlin əməkdaşlığı - Valeriya & Eqor krid «Çasiki»
5. Ən yaxşı mahnı – Dima Bilan «Molniya»
6. Ən yaxşı klip – Filip Kirkorov «Çvet nastroyeniya siniy»
7. Ən yaxşı albom – Mari Kraymbreri «Dəyişiklik»
8. Ən yaxşı şou – Ani lorak «DİVA»
9. İlin müğənnisi- Filipp Kirkorov
10. “Jara FM”in xüsusi mükafatı "İlin rəqəmsal layihəsi - HammAli & Navai
11. “Cosmopolitan” jurnalının xüsusi mükafatı "Sən COSMO" – Olqa Buzova
13. “VKontakte”nin xüsusi mükafatı "İlin tapıtısı" - Rauf & Faik
14. "Hip-hop əfsanə" – Dеçl

Qeyd edək ki, gecədə Filipp Kirkorova mükafatı ona qarşı sui-qəsd hazırladığı iddia edilən aktyoor Maksim Qalkin təqdim edib.