“Jara”nın açılışında baş verənlər – FOTO – VİDEO
    • 26-07-2019, 14:05
    • 948

“Jara”nın açılışında baş verənlər – FOTO – VİDEO

Ötən gün sayca dördüncüsü keçirilən “Jara” beynəlxalq musiqi festivalının açılış mərasimi baş tutub.

News24.az xəbər verir ki, gecədə xalq artistləri Zülfiyyə Xanbabayeva, Emin Ağalarov, müğənni Çingiz Mustafayev, rusiyalı ulduzlar Qriqoriy Leps, Nikolay Baskov, Lolita Milyavskaya, Filipp Kirkorov, Valeriya, Olqa Buzova, Seygey Lazarev, Zivert, Monatik, Ani Lorak, Bosson, Kristina Orbakayte və başqaları çıxış edib.

Səhnəyə çıxan L.Milyavskaya iki il öncə “Jara”dakı çıxışı zamanı etdiyi hərəkətindən danışıb: “Düşünürəm ki, “Jara” konbinzonda çıxış etməyim haqda məni dəfn edən də danışacaqlar. O gündən sonra alkoqollu içkilər qəbul etmirəm”.

Müğənni Sergey Lazarev isə Bakıya gəldiyi üçün xoşbəxt olduğunu bildirib: “Burada qonağam və qarşınızda çıxış etdiyim üçün sevincliyəm. Qonaqpərvərliyiniz üçün təşəkkür edirəm”.

Bakı sakinlərini sevdiyini bildirən Ani Lorak isə  Bakı Konqres Mərkəzində ba. Tutan konsertinin təəssuratları dilə gətirib: “ “Diva” şousu ilə Bakıda çıxış etdik. Tamaşaçıların alqışlarınə hələ də eşidirəm. Məni çox isti qarşıladılar”.

Foto/Video: Fərid ŞABANOV