“Jara” Dubayda keçiriləcək - VİDEO
    • 30-03-2019, 17:13
    • 1 123

“Jara” Dubayda keçiriləcək - VİDEO

“Jara” Beynəlxalq Musiqi Festivalı bu il Bakıdan öncə Dubayda keçiriləcək.

News24.az xəbər verir ki, Dubaydakı festival mayın 3-də Fars körfəzi sahilində baş tutacaq. Tədbirdə Qriqoriy Leps, Leonid Aqutin, Emin Ağalarov, Valeriya, “İvanuşki İNT”, “Vremya i Steklo”, Artik&Asti, Aleksandr Panayotov, Albina Canabayeva, Yulianna Karaulova, Olqa Buzova, MARUV, Rodriguezzz, Slava və Elina Çaqa iştirak edəcək.

Qeyd edək ki, “Jara” Beynəlxaq Festivalı Bakıda iyul ayının 25-28-i tarixlərində keçirilməsi nəzərdə tutulur.