“Qarabağ” son günlərin ən PİS XƏBƏRİNİ ALDI
    • 2-12-2023, 20:31
    • 939

“Qarabağ” son günlərin ən PİS XƏBƏRİNİ ALDI

Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda "Molde"yə qarşı səfər matçında (2:2) zədələnən "Qarabağ"ın legioneri Kevin Medina ilkin müayinədən keçib.

News24.az Sportinfo.az-a istinadla xəbər verir ki, MRT olunan kolumbiyalı müdafiəçinin durumunun ciddiliyi müəyyənləşib.

Ona sağ bud tendom vətərinin qopması diaqnozu qoyulub. Cənubi amerikalı əməliyyat masasına qalxacaq.

Əməliyyat olunduqdan sonra ilkin qoyulan diaqnoza əsasən bərpa müddəti 3 aya yaxın görünür. Əməliyyatın yaxın günlərdə vaxtı və yeri bilinəcək.