Yalçın Əlizadə vəfat etdi - FOTO
    • 2-12-2023, 23:57
    • 593

Yalçın Əlizadə vəfat etdi - FOTO

Bakı Dövlət Universitetinin professoru Yalçın Əlizadə 83 yaşında vəfat edib. 

News24.az-ın xəbərinə görə, bu barədə məlumatı onun həmkarları sosial şəbəkədə paylaşıblar.

Yalçın Əlizadə 1940-cı ildə Gəncədə anadan olub. 1957-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olub. 1962-ci ildən  Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində, 1971-ci ildən isə BDU-nun "Jurnalistika" fakültəsində işləyib. 1999-2012-ci illərdə həmin fakültənin dekanı olub.

Fərid Azəri