Gəncə sakininin bank hesabındakı pulu oğurlandı
    • 3-12-2023, 08:31
    • 269

Gəncə sakininin bank hesabındakı pulu oğurlandı


Gəncə sakininin bank hesabından oğurluq edilib.

Daxili İşlər Nazirliyindən News24.az-a verilən xəbərə görə, şəhər sakini olan bir nəfərin bank kartından hesabındakı 327 manat pulu oğurlanıb.

Gəncə şəhər Baş Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluqda şübhəli bilinən Gəncə sakini B.Paşayev saxlanılıb.