Qar fırtınası: Münhendə 560 reys ləğv edildi
    • 3-12-2023, 15:32
    • 178

Qar fırtınası: Münhendə 560 reys ləğv edildi



Qar fırtınası səbəbindən Almaniyanın Münhen hava limanı dekabrın 3-də 880-ə yaxın planlaşdırılmış reysdən 560-nı ləğv edib.

News24.az xəbər verir ki, bu barədə Münhen hava limanından bildirilib.

“Hava səyahətinə məhdudiyyətlər qalacaq. Buna görə də, bu gün yola düşəcək səyahətçilərə hava limanına getməzdən əvvəl öz aviaşirkətləri ilə əvvəlcədən əlaqə saxlamalarını və uçuşun vəziyyətini yoxlamalarını tövsiyə edirik", - məlumatda qeyd olunub.