İraqda güclü qum fırtınası həyatı iflic edib
    • 16-05-2022, 12:09
    • 322

İraqda güclü qum fırtınası həyatı iflic edib

İraqda güclü qum fırtınası səbəbindən məktəblərdə təhsil bir günlük dayandırılıb, Bağdad Beynəlxalq Hava Limanı və Nəcəf Hava Limanında uçuşlar dayandırılıb.

News24.az xarici mediaya istinadən xəbər verir ki, paytaxt Bağdad da daxil olmaqla, digər şəhərlərdə səhər saatlarından başlayan güclü qum fırtınası həyata mənfi təsir edib. Boğulma riski olan onlarla insan xəstəxanaya yerləşdirilib.

İraq Təhsil Nazirliyindən verilən açıqlamada, bütün ölkəni bürüyən həddindən artıq qum fırtınası səbəbindən bu gün məktəblər bağlanıb.

Eyni zamanda bütün ölkəni bürüyən qum fırtınası səbəbindən bu gün Bağdad Beynəlxalq Hava Limanı və Nəcəf Hava Limanından uçuşlar dayandırılıb.

İraqın qərbində səhər saatlarında başlayan şiddətli qum fırtınası qısa zamanda paytaxt Bağdad və digər şəhərlərə də keçib.