Baydenin impiçmenti ilə bağlı ABŞ-nin qərarı: - "zəruridir"
Dünya
Nümayəndələr Palatasının spikeri Mayk Conson qeyd edib ki, Ağ Evin prezidentin ailə üzvlərinin qanunsuz hərəkətlərinin araşdırılmasına mane olması faktını nəzərə alsaq, ABŞ prezidenti Co Baydenin impiçmenti “zəruri addımdır”.
News24.az xəbər verir ki, o, bu barədə “Fox News”a açıqlamasında bildirib.
Johnson əlavə edib ki, bir sıra səlahiyyətli komitələr Baydenlərin qanunsuz hərəkətlərinə dair sübutlar tapmaq üçün çox iş görür.
Onun sözlərinə görə, Ağ Ev onlara mane olur və “minlərlə səhifəlik sübutları gizlədir”.
Ayşən