Bakıda daha bir məktəbdə qızılca aşkarlandı – Sinif bağlandı
    • 4-12-2023, 11:17
    • 413

Bakıda daha bir məktəbdə qızılca aşkarlandı – Sinif bağlandı

Paytaxtdakı Bakı Slavyan Universitetinin nəzdində məktəb-lisey kompleksində qızılca xəstəliyi aşkarlanıb.

News24.az xəbər verir ki, Gununsesi.info –nun məlumatına görə, liseyin 5-ci sinifində yoluxma aşkarlandığı üçün sinif bağlanıb.

Dərslərin 14 gün müddətinə distant formada keçirilməsinə qərar verilib.

Qeyd edək ki, son günlər şagirdlər və tələbələr arasında qızılcaya yoluxma artıb.

Bir neçə gün əvvəl paytaxtdakı 195 nömrəli tam orta məktəbin 4-cü sinif şagirdi, 9 yaşlı Rinatın qızılca xəstəliyi səbəbindən dünyasını dəyişdiyi, eyni zamanda, 200-dən çox yoluxma aşkarlandiği bildirilib. Bu barədə məktəbin direktoru Laçın Hüseynli öz sosial şəbəkə hesabında məlumat verib.

Həmçinin, ötən həftə bu xəstəlik səbəbindən Kürdəmir rayonunda 4 yaşlı Rüfət Qəribli vəfat etmişdi.