-
- 4-12-2023, 15:25
- 196
200-ə yaxın hərbi obyekt vuruldu
İsrail Müdafiə Qüvvələri gecə saatlarında İsrail ordusu Qəzza zolağında 200-ə yaxın obyektə hücum edib.
News24.az xəbər verir ki, hədəflərdən biri “Beyt Hanun məktəbində yerləşən terror infrastrukturu” (Qəzza zolağının şimal-şərqində yerləşən şəhər) olub.
İsrail Müdafiə Qüvvələrinin məlumatına görə, əsgərlər bu ərazidən hücuma məruz qalıb.
"Kompleksin ərazisində iki tunel quyusu olub, onlardan biri minalanmış, partlayıcı maddələr və silahlar aşkar edilib", - ordudan bildiriblər.
Digər hədəflər arasında HƏMAS-ın hərbi texnika və silah anbarı, həmçinin HƏMAS-ın dəniz müşahidə məntəqələri və “Qəzza zolağındakı limanda terror infrastrukturu” var.
Ayşən