İstanbulla bağlı DƏHŞƏTLİ PROQNOZ: “Dağıdıcı zəlzələ gözləyirik...”
    • 4-12-2023, 17:26
    • 819

İstanbulla bağlı DƏHŞƏTLİ PROQNOZ: “Dağıdıcı zəlzələ gözləyirik...”

Türkiyədə 5.1 bal gücündə zəlzələ olduğu barədə xəbər vermişdik. Türkiyənin Fövqəladə Halların İdarəolunması Mərkəzindən (AFAD) bildirilib ki, təbii fəlakət Marmara dənizində qeydə alınıb. Zəlzələ həm Bursa, həm də İstanbulda hiss edilib.

News24.az xəbər verir ki, zəlzələ ilə bağlı türkiyəli seysmoloq Prof. Dr. Ali Koçyiğit Publika.az-a açıqlama verib.

O qeyd edib ki, bu, İstanbulda baş verəcək zəlzələlərin başlanğıcdır:

"30 ildir ki, İstanbulda güclü zəlzələnin olacağını deyirik. Bunu hamıya, dünyaya çatdırmaq istəyirik. Mərmərə dənizinin şimalında, İstanbulun önəmli bir hissəsinə təsir edəcək daha güclü zəlzələ gözləyirik. Eyni gücdə Mərmərə dənizininin cənubunda da olacağı gözlənilir.

Bu da Bursanın şimal hissəsinə təsadüf edir. İndi olan zəlzələ İstanbulda ola biləcək ən kiçik zəlzələdir. 5.1 gücündə olan zəlzələdən sonra daha 10 dəfə yeraltı təkan baş verib. Həmçinin bu, baş verəcək güclü silsilə zəlzələrin ilkidir. Bu zəlzələnin olduğu yer altında 500 illik enerji var. Buna görə də daha güclü zəlzələ gözləyirik".

Xatırladaq ki, Kahramanmaraş zəlzələlərindən sonra bütün gözlər İstanbula çevrilib. Daha öncə türkiyəli seysmoloqlarla yanaşı, xarici seysmoloqlar da İstanbulda güclü və dağıdıcı zəlzələnin olacağını proqnozlaşdırmışdılar.