-
- 4-12-2023, 18:49
- 220
Qəzzadakı qaçqınların SAYI AÇIQLANDI
Qəzza zolağında hərbi əməliyyatlar başlayandan bəri məcburi köçkünlərin sayı 1,9 milyon nəfərə və ya anklav əhalisinin 80%-dən çoxuna çatıb.
News24.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) məlumat yayıb.
Məlumata görə, noyabrın 30-dan dekabrın 2-dək ən azı 60 min sakin Qəzzanın mərkəzi və cənubundakı UNRWA sığınacaqlarına yerləşib. Agentliyin 156 mərkəzində ümumilikdə təxminən 1,2 milyon köçkün yaşayır.
Qumral