Bahalı maşına görə deputat mandatından məhrum edildi
Hadisə
Çelyabinsk vilayətində Naqaybak rayonunun Ostrolenskoye kəndindən olan deputat bahalı avtomobilə görə səlahiyyətlərindən məhrum edilib.
News24.az Lent.az-a istinadla bildirir ki, bu barədə vilayət prokurorluğunun saytında məlumat verilib.
Prokurorluqdan bildirildiyi kimi, 2022-ci ildə deputat dəyəri ailəsinin əvvəlki üç ildəki gəlirindən çox olan avtomobil alıb. Eyni zamanda, siyasətçinin bəyannaməsində alış-veriş əməliyyatı haqqında məlumat yoxdur.