-
- 5-12-2023, 00:10
- 583
Açan hər kəs ölürdü - Lənətli məzarın sirri çözüldü
Misir fironu Tutanxamonun sarkofaqını açan insanların qısa zamanda niyə ölmələrinin sirri çözülüb. Lənətləndiyi iddia edilən sarkofaq haqda gerçəyi üzə çıxaran elm adamları ölümcül sondan qurtulmağın yollarını da açıqlayıblar.
News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, 1922-ci ildə Hovard Karter tərəfindən Krallar Vadisində kəşf edilən Tutanxamonun sarkofaqı onu açan hər kəsin qısa vaxtda ölməsindən sonra lənətləndiyinə inanılırdı.
1922-ci ildə aşkarlanan sarkofaq 1972-ci ildə Londonda sərgilənib, sonra ABŞ-a aparılıb. Bundan sonra Qahirə Muzeyinə gətirilən sarkofaqı ilk dəfə açan 22 arxeoloqun bir neçə il ərzində müəmmalı şəkildə ölməsi diqqət çəkib. Həmin 22 nəfərin hamısı 1929-cu ildə vəfat edib.
Bir çox insan ölənlərin lənət qurbanı və sarkofaqın heç vaxt açılmamalı olduğunu desə də, Tutanxamonun sarkofaqı və xəzinələri arxeologiya həvəskarlarının diqqət mərkəzində olmağa davam edib.
Misirin antik əsərlər üzrə məsul keçmiş naziri Zahi Havas ilginc açıqlama verib. Lənətin olmadığını deyən Havas müasir arxeoloqlara ölümcül sondan qurtulmağın yollarını izah edib.
Lənətin mumiyaları narahat edənlərə təsir etdiyinə inanıldığını söyləyən sabiq nazir 1923-cü ildə sarkofaq ilk dəfə açıldığı zaman ölən Lord Karnarvonun təraş kəsiyindən ağcaqanad sancmasından öldüyünü vurğulayıb.
Havas bildirib ki, digər ölümlərin də elmi izahı var:
“Əgər məzarın içində mumiya varsa, o mumiyanın içində sizin görə bilməyəcəyiniz mikroblar var. Əvvəllər arxeoloqlar tələsirdilər və məzarlara girib bu mikroblardan ölürdülər”.