Gələn ilin dövlət büdcəsi təsdiqləndi
    • 5-12-2023, 11:25
    • 186

Gələn ilin dövlət büdcəsi təsdiqləndi

Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında" qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılaraq qəbul olunub.

News24.az xəbər verir ki, layihəni parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edib.

Onun sözlərinə görə, gələn il dövlət büdcəsinin gəlirləri 34 milyard 173 milyon manat, xərcləri 36 milyard 763 milyon manat, kəsiri 2 milyard 590 milyon manat, icmal büdcənin gəlirləri 38 milyard 998 milyon manat, xərcləri 42 milyard 376 milyon manat, kəsiri 3 milyard 379 milyon manat məbləğlərində müəyyən edilib.

Qeyd edək ki, Böyük Qayıdış Proqramının maliyyələşdirilməsi, ölkənin müdafiə qabiliyyətinin, milli təhlükəsizliyinin möhkəmləndirilməsi, sərhədlərin bərpası və mühafizəsinin gücləndirilməsi prioritet kimi müəyyən edilib.

Qumral