“3+3” regional platforması getdikcə daha perspektivli olur" - Lavrov
    • 5-12-2023, 12:06
    • 161

“3+3” regional platforması getdikcə daha perspektivli olur" - Lavrov

“3+3” regional platforması artıq formalaşır və getdikcə daha perspektivli olur”.

News24.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüş zamanı bildirib.

"Azərbaycan Prezidenti İlham Əliyevin “3+3” adlandırılan regional platformanın - üç Cənubi Qafqaz ölkəsi və onların üç qonşusunun formalaşdırılması ilə bağlı təşəbbüsü artıq formalaşmaqdadır. Bu həm də perspektivli formatdır. Bu istiqamətdə gələcək addımlar barədə qiymətləndirmələrinizi eşitməyə şad olaram”, - deyə Lavrov Bayramova müraciət edərək bildirib.

Ayşən