Ermənistan imtina etdi:
    • 5-12-2023, 13:36
    • 169

Ermənistan imtina etdi: "iştirak etməyəcəyik"

"Ermənistan parlamentinin sədri Alen Simonyan KTMT Parlament Assambleyası Şurasının Moskvada keçiriləcək səfər iclasında iştirak etməyəcək".

News24.az xəbər verir ki, bu barədə onun mətbuat katibi Tsovinar Xaçatryan bildirib.

“Ermənistan parlamentinin sədri öz qərarını Dövlət Dumasının sədri Vyaçeslav Volodinə göndərdiyi rəsmi məktubda bildirib”.

Simonyanın iştirakdan imtinasının səbəbləri açıqlanmır.

Qeyd edək ki, dekabrın 19-da Moskvada KTMT Parlament Assambleyası Şurasının iclası və təşkilatın 16-cı plenar iclası keçiriləcək.

Ayşən