Bakıda məşhur liseyin 9 şagirdi və 1 müəllimi QIZILCAYA YOLUXDU
    • 5-12-2023, 16:47
    • 365

Bakıda məşhur liseyin 9 şagirdi və 1 müəllimi QIZILCAYA YOLUXDU

Bakıda 20 nömrəli məktəb-liseyin 9 şagirdi və 1 müəllimi qızılcaya yoluxub.

News24.az xəbər verir ki, bu barədə sfera.az-a təhsil müəsisəsindən məlumat verilib.

Qeyd olunub ki, məktəb-liseyin bir sinfində 10 şagirdin qızılcaya yoluxması haqqında yayılan məlumatlar isə həqiqətə uyğun deyil: 

"Ümumiyyətlə məktəb üzrə indiyədək 9 şagird və bir müəllimin qızılcaya yoluxması (müxtəlif vaxtda ayrı-ayrı siniflər üzrə) qeydə alınıb".