-
- 5-12-2023, 17:21
- 800
Tbilisini silkələyən hadisə: 7 yaşlı uşağı...
Polis məmuru Cemal Samadaşvili 7 yaşlı bir uşağın qaçırılmasına və vəhşicəsinə öldürülməsinə görə həbs edilib və o, məhkəmədə hakim qarşısına çıxarılıb.
News24.az xəbər verir ki, məhkəmə zamanı Cemal Samadaşvili azyaşlını harada qətlə yetirdiyini etiraf edib.
Məlum olub ki, polis əməkdaşı uşağı Kvemo Poniçalada yaşadığı binanın həyətindən qaçıraraq Qardabani rayonunun Muxranteleti kəndi ərazisinə aparıb.
Uşaq oğurlandıqdan bir saat sonra cinayətkar uşağın atası ilə telefonla əlaqə saxlayaraq hüquq-mühafizə orqanlarına məlumat verməmələrini tələb edib və tələbin əksi olarsa oğlunu bir daha sağ görməyəcəyi barədə xəbərdarlıq edib.
Cemal Samadaşvili həmçinin uşağın atasından 10 min dollar pul da tələb edib. Təhdidlərə baxmayaraq, ailə üzvləri onun tələbini yerinə yetirməyiblər, bundan sonra sözügedən cinayətkar uşağa ağır işgəncələr verərək öldürüb. Cemal Samadaşili isə elə həmin gecə həbs edilib.
Məlumata əsasən, 43 yaşlı Cemal Samadaşvilinin ailəsi ilə qətlə yetirilən uşağın ailəsi yan-yana yaşayırmış.
O deyib ki, uşağı evin həyətindən onu gəzdirmək adı ilə aldadaraq aparıb.
Bildirilir ki, zərərçəkən ailənin 8 il uşağı olmayıb, Giorgi isə evin tək uşağı olub. Ailə orta səviyyədə dolanan bir ailə olub.
Bu arada 17 yaşlı Kaxa Samadaşvili də atasının göstərişi ilə uşağın meyitini dərəyə atdığını etiraf edib.
Daha bir maraqlı fakt ondan ibarətdir ki, ekspertiza zamanı müəyyən olunub ki, cinayətin törədildiyi evdə döşəmədə bu uşaqdan başqa, ailə üzvlərinin heç birinə uyğun gəlməyən daha 3 nəfərin qanı aşkar edilib.
Qonşular isə Samadaşvilinin hansısa sekta üzvü olmasından şübhələnirlər, onlar işin ritual qətllə bağlı olduğunu istisna etmirlər. Qonşular Samadaşvili ailəsinin qapalı, qəribə insanlar kimi xarakterizə ediblər. Hətta uşaqların atalarından çox qorxduqları deyilib. Samadaşvilinin atası isə yüksək rütbəli polis zabiti olub və o intihar edib. Ehtimal olunur ki, polis əməkdaşı olan ata oğlu haqqında elə şeylər öyrənib ki, o, intihar edib.
Qeyd edək ki, Cemal Samadaşilinin törətdiyi cinayət əməlləri ilə bağlı məhkəmə prosesi davam etdirilir.
Nəzrin