Türkiyədə DƏHŞƏT: uşağı qaçırıb suda boğdular
    • 11-05-2023, 11:24
    • 220

Türkiyədə DƏHŞƏT: uşağı qaçırıb suda boğdular

Türkiyədə qaçırılan uşaq öldürülüb.

News24.az  lent.az-a bildirir ki, Mersinin Yenişehir rayonundakı Türksat küçəsində yaşayan suriyalı zərgər Halit Hayankedin oğlu 12 yaşlı Xaled Hayanked bağçada oynayarkən yoxa çıxıb. Daha sonra telefonla ailəyə zəng edən şəxs uşağın onların əlində olduğunu bildirib və 400 min avro pul tələb edib. Uşağın atası bu barədə polisə xəbər verib. Təhlükəsizlik kamerası görüntülərini araşdıran polis, uşağın hadisə yerini tərk etmədiyini müəyyən edib.

Polis oğlanın xalçaya bükülmüş meyitini 3 bloklu ərazinin A blokunun zirzəmisində aşkar edib. Suda boğularaq öldürülən uşaq torpağa tapşırılıb.

Hadisə yerində qapıçı olan 42 yaşlı H. C. saxlanılıb. Qətli törətdiyini etiraf edən şübhəli həbs edilib.