"O sözləri eşitmək çox qorxuncdur" - Zaxarova

"O sözləri eşitmək çox qorxuncdur" - Zaxarova Dünya

“Fələstin-İsrail münaqişəsi zonasında iki ay ərzində 40-dan çox jurnalist öldürülüb, onlarla jurnalist isə müxtəlif yollarla ağır yaralanıb. Münaqişə zonasında 2 ayda 40 jurnalistin həlak olması, prinsipcə, əlavə arqument gətirməmək üçün kifayətdir”.

News24.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

Zaxarova Fələstin-İsrail münaqişəsi zonasında jurnalistlərin ölümü ilə bağlı ATƏT-in reaksiya verməməsinə diqqət çəkib.

O, ATƏT-dən məsələ ilə əlaqədar ona verilən cavabı “dəhşətli” adlandırıb.

“ATƏT-in jurnalistlərin hüquqlarının müdafiəsi, təhlükəsizliyi, söz azadlığı və sair üzrə komissarı var. Bu strukturdan hansısa jurnalistlə və ya ümumilikdə vəziyyətlə bağlı nəsə eşitmisinizmi? Mənə bu barədə deyiləndə fantastik arqumentlər eşitdim: bu, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatıdır, Yaxın Şərqin bununla nə əlaqəsi var?”, - Rusiya rəsmisi bildirib.

Zaxarova ölən və yaralananlar arasında ATƏT ölkələrinin KİV-lərini təmsil edən jurnalistlərin olduğunu da vurğulayıb: “Onların dünyanın hansı bölgəsində ölməsi başqa məsələdir. Bunun ATƏT-in sərhədləri daxilində olmadığını eşitmək çox qorxuncdur”.

Ayşən