Cəbhədə son durum: şiddətli döyüşlər gedir
    • 6-12-2023, 13:05
    • 131

Cəbhədə son durum: şiddətli döyüşlər gedir

İsrail Müdafiə Qüvvələri Qəzza zolağının cənubundakı əsas şəhəri bombalayıb və bunun Qəzzada quru işğalı başlayandan bəri ən şiddətli döyüş olduğunu bildirib. 

News24.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

İsrail ordusunun döyüş təyyarələrinin müşayiəti ilə dekabrın 5-də Xan Yunisə çatdığını və şəhəri mühasirəyə aldığını açıqlayıb.

İsrail ordusunun generalı Yaron Finkelman “Quru əməliyyatı başlayandan bəri ən gərgin günü keçirdik” deyib.

Fələstinin HƏMAS radikal hərəkatının hərbi qanadı da israillilərə qarşı şiddətli döyüşlər elan edib.

İsrail qüvvələri Qəzza şəhəri yaxınlığındakı Cəbəliya qaçqın düşərgəsində də döyüşüb.

Dekabrın 5-də ABŞ İsraili daha çox yanacaq və humanitar yardımın Qəzza zolağına daxil olmasına icazə verməyə çağırıb. Bundan əlavə, Vaşinqton dinc əhali arasında qurbanların sayını azaltmağa çağırıb. Prezident Co Bayden dekabrın 5-də Fələstinin radikal HƏMAS hərəkatının yaraqlılarının İsrailin cənubundakı hücum zamanı qadınlara cinsi təcavüz etdiyini, onlara işgəncə verdiyini və bədənlərini şikəst etdiyini açıqlayıb. İsrail də oxşar ittihamlarla çıxış edib. HƏMAS öz Telegram kanalında bu ittihamları rədd edib.

Ayşən